player cover

Başqadı – Talib Tale

Başqadı cover

lyric Başqadı

Sənlə hər şey başqadı
Hər an eşqə,aşqadı
Lap ürəkdən könüldən
Nə ağıl nə başladı

Kim anladar eşqini
Bizdə gözlə,qaşladı
Dəstini hər jestini 
Qəlbim elə xoşladı

Vaxt gəlirki,gün gəlir
Ürəklər düzgün gəlir
Səmimi sevgin ilə
Ruhun qəlbin dincəlir

Ayrı qalmaq aralı 
Qeyri mümkün gəlir
Kövrək olur hisslərin
İncələrdən incəlir

Nə varsa aramızda
Çox tarazdı, dəngədi
Xoşdu hər halımızda
Kövrək həm əyləncədi

Nə gözəl sənli həyat
Könlüm ürəyimcədi
Söylə görüm sevgilim 
Səninçün bəs necədi

Gecəm ay ulduzludu
İstəkanım buzludu
Nə xoşdur söhbətimiz
Dadlı dadlı duzludu

Yarım ala gözlüdü
Nurlu mələk üzlüdü
Necə deyim anladım
Qəlbim elə sözlüdü


About Başqadı

Söz, Musiqi: Talıb Tale Aranjıman & Mix / Mastering: T.T.

 

Other Songs