player cover

Darıxmaq Hissi – Gunay Ibrahimli

Darıxmaq Hissi cover

lyric Darıxmaq Hissi

Çox bəla çəkdi başım
Bir də bu eşqə düşmərəm
Könlümə düşdün deyə
İndi özümlə düşmənəm

Aşiqi-məstanəyəm
Sevda şərabın içmişəm
Sən gedəndən əynimə
Təklik libasın biçmişəm

[Nəqərat]
Darıxmaq hissi gəldi
Sözün şirin yerində
Özümlə qarşılaşdım
Şeirlərin birində

Düşünmədən gələrdim
“Darıxmışam” desəydin
Günün, ayın olardım
Əgər sən istəsəydin

[Bənd 2]
Yumşalan qəlbim sənə
Qarşı daş olmur, bərkimir
Hisslərim pərvaz edir
Məsum göyərçinlər kimi

Bəzən hər şey boş gəlir
Bəzən darıxmaq xoş gəlir
Dinclik axtarmaqdayam
Yorğun gözümdən yaş gəlir

[Nəqərat]
Darıxmaq hissi gəldi
Sözün şirin yerində
Özümlə qarşılaşdım
Şeirlərin birində

Düşünmədən gələrdim
“Darıxmışam” desəydin
Günün, ayın olardım
Əgər sən istəsəydin

[Bənd 3]
Ağlım hərdən “qaç” deyir
Qəlbim “bir az da sev” deyir
Tək özün yox, hiss edər
İnsan bir az da sevdiyin

Bir zaman hər gün yaşardıq
Möhtəşəm eşq axşamı
İndi yoxsan, ruhumu
Əvvəlkitək eşq oxşamır

[Nəqərat]
Darıxmaq hissi gəldi
Sözün şirin yerində
Özümlə qarşılaşdım
Şeirlərin birində

Düşünmədən gələrdim
“Darıxmışam” desəydin
Günün, ayın olardım
Əgər sən istəsəydin

About Darıxmaq Hissi

Rejissor: Farman Bashirli Söz: Pərviz Arif Rollarda: Afaq Gəncəli Rəng: Sabri Hasdal Assistent: Aydın Bayramov Aranjiman: Elvin Musayev Miksinq və masterinq: Elvin Musayev

Other Songs