player cover

Dənizlər Qovuşan Yerdə – Zamiq Huseynov

Dənizlər Qovuşan Yerdə cover

lyric Dənizlər Qovuşan Yerdə

[Bənd 1]
Nur baxışlım, dərd eləmə
Birləşəcək yollarımız
“Bundan belə gecdir” demə
Qarşıdadır baharımız

[Nəqərat]
Unudulmaz gözəl anlar
Gələcəyin röyasıdır
Sevilməyə haqqımız var
Dünya – sevgi dünyasıdır

Unudulmaz gözəl anlar
Gələcəyin röyasıdır
Sevilməyə haqqımız var
Dünya – sevgi dünyasıdır

[Bənd 2]
Göydə günəş, yerdə torpaq
Şahid olsun sevgimizə
Harada olsaq, birgə olaq
Çən düşməsin sevgimizə

[Nəqərat]
Sevinc qəmə olsun qənim
Ayrılıq sovuşan yerdə
Gəl, görüşək, ruhum mənim
Dənizlər qovuşan yerdə

Sevinc qəmə olsun qənim
Ayrılıq sovuşan yerdə
Gəl, görüşək, ruhum mənim
Dənizlər qovuşan yerdə

Gəl, görüşək, ruhum mənim
Dənizlər qovuşan yerdə

About Dənizlər Qovuşan Yerdə

Söz: Afaq Şıxlı Bəstəkar: Rauf Hacıyev Aranjiman: Etibar Asadli

Other Songs