lyric Getdi
Hanı o gülüşlər hanı o baxışlar
Məni o qədər sızladır hər gün
Əsən küləklər yağan yağışlar
Onu mənə xatırladır hər gün
O məndən ayrı qalmamalıydı
Bu qədər zalım olmamalıydı
Nə olur olsun nə olur olsun
O məndən heç vaxt ayrılmamalıydı
Getdi nəfsinin batına o
Dama məni salmır yadına o
Axı bu dərddir bu nə zülümdür
Məni salıb hicran oduna o
O çıxdı getdi mənə zülüm etdi
Bütün dünya düşdü gözümdən
Yenı qaldım tək kədərli kövrək
Daha bacarmıram mən özümnən