lyric Hevesdir Besdir
Səndə sevgi deyil həvəsdir bəsdir
Artıq olanlar mənə bəsdir bəsdir
Örgənə bilmədin aşiq olmağı
Gözləməyim boşdur əbəsdir bəsdir
Gunah məndədir ki salmışam meyil
Gəzmişəm arxanca çox veyil veyil
Sən mənə nəfəsim deməynən deyil
Dediklərin nəfəsimi kəsdir bəsdir
Çox demişəm hər şeyi çox böyütmə
Məni eşid kiminsə sözünü eşitmə
Deyirəm etmə səndə deyirsən etmə
Sənin ki mənlə bəhsə bəsdir bəsdir
Hara gedirəm qarşıma sən çıxırsan
Bəhanədə edirsən darıxırsan
Sən mənə bunu edə edə çox sıxırsan
Belə həyatım san ki qəfəsdir bəsdir