lyric Ne Vaxt İstesen Gel
Çoxu bizdən danışır axı
Canım yanır alışır axı
Sənə gülmək yaraşır axı
Gül
Çağır məni çətin anında
Mən olmasamda ünvanında
Ürəyim var senin yanında
bil
Həyat səni yorub sıxanda
Başqaları yad kimi baxanda
Qapım açıqdır darıxanda gəl
Gələrəm mən hər an səsləsən
Sənin üçün darıxdım desən
Çəkinmədən nə vaxt istəsən gəl
Hər bir zaman qoru səbrini
Hər kəsə söyləmə sirrini
Rahat ol sən Mənlə dərdini
böl
Səni yada salmayanları
Və qayğına qalmayanları
Sənə layiq olmayanları sil