lyric Qaranliq Kechiddir - Cerberus
Milyon baxan gözlər, sevgimiz kimdədir?
Tərzimi götürdün, qəlbimi bilmədin
Səbrimiz ‘’Makar’’da son qalan güllədir
Bağçama girmisən, soldurma gülləri
Ruhunuz Tanrıya, dalınız sistemə
Gec-tez bu insanlıq torpağa gübrədir
Peyğəmbər ümməti çıxmışam minbərə
Qaranlıq gecənin cavabı sübhdədir, bilmədim
Yatdım sənətlə, bu ömürlük siğədir
Ulduzam mən, gecə parlayır ‘’g-Wagen’’
Xəzərin altında qara xəzinədir
Qara həyat tərzi, qara bəzəyir məni
Barmaq tətikdədir, ’’брат’’lar əcinnədir
Kirlənmiş əllər və sirli əqidədir
Konsertdən sonra sürtüklər hədiyyədir
Ağlımız qaradır, səndə bədiədir
Ölməyi gördük biz, ölümdən betər nədir?
Eşq üçün, pul üçün sorma, səbəb nədir
Ən ali irqin kirli əməlləri
Bir gün yaşamalı, bir gün gəbərməli
İncə bir xətdir bu cənnət-cəhənnəmi
Dünya ilə dost idim, sevgin zəhərlədi
Yerdə bitən buğda göydən xəbər verir
Yerdə itən oğlan göydə səfərdədir
Qaralara zəng, kəndçilərimə salam de
‘’Hype’’ımızı götür, əvəzinə çamadan ver
Əllərimdə yanıq izi, studiyam ’’пекарни’’
Qara sözlərdən etdik ağ rəngdə biznes
Dirənirik, bıçaq sümüklərə kimi qandır
Aclığım sınaqdır, hər günüm bir ramadandır
Hündür binalar dolu balaca adamla
Dönüb ‘’viral’’a hər şey, qəribə zamandır
Mən, bir də ’’банда’’m, dəli izdihamdır
Günahların şəhərində İlahi imandır
Ayaqları palçıqda, yolu asimanda
Dərin dərələr axan böyük bir cahan var
Kimsə şəbəkəni söndürməyi bacarıb
Kimsə ona verilən dərmanları içmir, bölür
Kimsə gecənin dərinliyindən qorxmur
Bu kimsə başa düşür ki, qaranlıq yalnız keçiddir