player cover

Qızıl Üzük – Fidan Haciyeva

Qızıl Üzük cover

lyric Qızıl Üzük

[Bənd 1]
Üzüyümün qaşı firuzədəndir
Könlüm açılmayır bu gün, nədəndir?
Yaman gündə dost əlindən bərk yapış
Dünyanın həvəsi keçib gedəndir
Dünyanın həvəsi keçib gedəndir

[Bənd 2]
Bulud gələr, çiskin çilər, çən eylər
Yar yarından ayrı düşsə, qəm eylər
Sevgilimdən necə qalım aralı?
Bir baxışla qəlbə yüz məlhəm eylər
Bir baxışla qəlbə yüz məlhəm eylər

[Bənd 3]
Bizim bağlar, çöllər xoş bir tamaşa
Sonalar göllərdə gəzərlər qoşa
Necə çətin olsa ömrün yolları
Birlikdə yorulmaz, vurarıq başa
Birlikdə yorulmaz, vurarıq başa

[Çıxış]
Üzüyümün qaşı firuzədəndir...

About Qızıl Üzük

Musiqi: Tofiq Quliyev Söz: Rəsul Rza

Other Songs