player cover

Yaradan – Payam Turk

Yaradan cover

lyric Yaradan

Hələ də nəbzim vurur, ayaqlanır, qalmır bir zərə qədər məndə qürur 
Gahi güdürəm, görəsən, bu həyat haçan durur?
Durdurub götürərdin bu fərqi kaş aradan!
Baxırsan haradan?

[Nəqərat]
Ey məni yaradan, ey məni yaradan
Buraxıb ağı, yaratmısan niyə qaradan?
Bu nifrət qarışı var haradan, haradan?
Ayağım durmur mənim vurulan yaradan
Axıram, durub axıb kədər damarına 
Yeriklədirsən niyə xalqını qanım?

Mənəm o xam 
Dadmamış tam
Əlimdən, əlimdən al
Mənimlə, mənimlə qal
Batığam, dərinə dal
Artığam, dərimə al
Pərimə bal
Olmur, olmur
Tirinə can verəm, qoymur
Yaradan yaradan doymur
Yaradan yaradan doymur

[Bənd 2]
Hədərdir doğum, ölüm
Hədərdir, bu yekə qaranlıqda bir işıq görüm
O dünya qədərdir, allanmağa da yoxdur gölüm
Burada da varamsa, qalındır gönüm 
Hara dəbərdim, aparım bir lizət, dedin odur haram
Qalmir bir çaram 
Mən zaram, sən otur aram
Denən, qaçım əlimdən hara?
Yara, belimə vurular bir ara
Bəndənəm mənəm yava, üzüm qara
Öldür, dirilt, öldür
Əlini vur belinə, işimi fələkə gördür
Hörülür zülmün saçı, mən bata batam
Burada de, kimlə axı barabaram, yaradan?
Qaldır aradan, yaradan

[Nəqərat]
Ey məni yaradan, ey məni yaradan
Buraxıb ağı, yaratmısan niyə qaradan?
Bu nifrət qarışı var haradan, haradan?
Ayağım durmur mənim vurulan yaradan

Yara, yaradan yaradan 
Əlini ver, qaldır aradan
Əlini ver, qaldır aradan
Əlini ver, qaldır aradan
Əlini ver…

About Yaradan

Musiqi: Farjad Taghavi Söz: Payam Turk Miks masterinq: Farjad Taghavi Prodüser: İsmayıl Hüseynov

Other Songs