lyric Yazıldın
Cümlə-cümlə, sətir-sətir,
Heca-heca yazıldın.
Anlamadı-ürəyimə
Axı necə yazıldın?!
Kim pozar ki Tanrı yazan
bu yazını, yazıldın.
Gətirərək soyuğunu,
Ayazını, yazıldın.
Ürəyimin ağrısına
Yara-yara yazıldın.
Namərd kimi can evimdən
Vura-vura yazıldın
Günəşim, işığıma,
Neylyirdim belə qisməti?
Qismətimə yazıldın...
Gözlərimin içinədək,
Dönə-dönə yazıldın.
Bəyaz olub saçımadək,
Dənə-dənə yazıldın.
Səni yüklü yaddaşımdan
Mən sildikcə, yazıldın.
Axıb-axıb göz yaşımdan,
Kitidikcə yazıldın.
İstəmirdim, gözləmirdim,
Qəflətimə yazıldın.
Heç olmadın mənə qismət
Həsrətimə yazıldın...